Britaniya təyyarələri Suriyadakı “İslam Dövləti” qruplaşması mövqelərinə yeni zərbələr endirib.
Hava həmləsi vaxtı cihadçı təşkilatın nəzarətindəki neft yataqları hədəflənib, Britaniya hərbiyyəsi bildirir.
Dekabrın 2-də Britaniya parlamenti Suriyada hava kampaniyası barədə təşəbbüsü dəstəkləyib.
İcmalar Palatasında 10 saatlıq müzakirələrdən sonra kampaniya lehinə 397 səs verilib. 223 millət vəkili qərara etiraz edib.
Səsvermədən bir neçə saat keçmiş Müdafiə Nazirliyi Kiprdən havaya qalxan Tornado təyyarələrinin Suriyadakı hədəflərə zərbə endirdiyini təsdiqləyib.
Cümə axşamı Britaniyanın müdafiə naziri Michael Fallon Suriya əməliyyatıan əlavə 10 təyyarənin ayrılacağını bildirib. /BBC


Şərhlər