Mərkəzi Neftçilər Xəstəxanasına 30 yaralı gətirilib. Bu barədə ANS PRESS-ə xəstəxananın baş direktorunun müavini Nadir Mehdiyev məlumat verib. Onun sözlərinə görə, yaralı neftçilərdən 22-si ambulator, 7-si isə stasionar müalicəyə götürülüb.
N.Mehdiyev bildirdi ki, yaralılardan bəziləri kəllə-beyin travması alıb.
Həkimin sözlərinə görə, 7 nəfər əməliyyat olunacaq. Onlardan artıq biri əməliyyat masasındadır. Nadir Mehdiyev qeyd edib ki, yaralılardan heç birinin həyati təhlükəsi yoxdur.
6 yaralı aşağıdakılardır:
1. Mərdan Rəcəbov
2. Allahverdi Məmmədov
3. Rəşid Hüseynov
4. Mais Abbasov
5. Məlahət Əliyeva
6. Ləman Orucova
ANS PRESS-in əldə etdiyi məlumata görə, daha bir yaralı Bəxtiyar Ələkbərov isə Respublika Yanıq Mərkəzinə aparılıb.


Şərhlər