Menu

"Günəşli"də baş verən faciə ilə bağlı növbəti mətbuat konfransı  - CANLI

06.12.2015, 21:14
"Günəşli"də baş verən faciə ilə bağlı növbəti mətbuat konfransı  - CANLI

"Günəşli" platformasında baş verən faciə ilə bağlı hazırda növbəti dəfə mətbuat konfransı keçirilir. Musavat.com xəbər verir ki, mətbuat konfransında çıxış edən SOCAR-ın vitse prezidenti Xaliq Məmmədov bildirib ki, Qazaxıstan, İran və Rusiyadan sularda olan neftçilərin tapılmasında kömək istənilib.

X.Məmmədov qeyd edib ki, xilas etmə işləri davam edir: "Rövnəq Abdullayev dənizdə, gəmidə qurulan qərargahdadır. Təəssüflə bildirirəm ki, hələ ki heç bir neftçi tapılmayıb. Hava qaraldığı üçün helikopterlər axtarışı dayandırıb. Gəmilər isə axtarışı davam etdirir".

Vitse prezident bildirib ki, xəstəxanada olanların 22 nəfəri evə buraxılıb. 9 nəfər həkim nəzarətindədir və həyatları üçün təhlükə yoxdur.

X.Məmmədov qeyd edib ki, neftçilərin mindiyi qayıqlar Koreya istehsalı olan xilasedici qayıqlardır. Qayıqlarda 1 həftəlik ərzaq da olub: "Təəssüflər olsun ki, qayıq platformaya çırpılıb. Qayıq qırıldıqdan sonra dənizə düşüb. Hər bir neftçinin xilasedici jileti olub. Həmin qayıqlara 42 nəfər minə bilər. Yəni saydan çox adam olmayıb".

Küləkli hava şəraitinin 27 saat davam etdiyini deyən X.Məmmədov bildirib ki, bu səbəbdən də faciə qaçılmaz olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol