Menu

ABŞ-ın Azərbaycandakı Səfirliyi başsağlığı verdi

06.12.2015, 23:58
ABŞ-ın Azərbaycandakı Səfirliyi başsağlığı verdi

ABŞ-ın Azərbaycandakı Səfirliyi “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş vermiş güclü yanğınla əlaqədar həyatını itirən neftçilərin ailələrinə başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, məlumatda deyilir:“Biz ARDNŞ-nin Xəzər dənizindəki neft platformasında baş vermiş ölümcül yanğın hadisəsi barəsində aldığımız məlumatın kədərini yaşayırıq. Hadisənin təsirinə məruz qalmış işçilərə və onların ailələrinə başsağlığı və səbr diləyirik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol