Menu

NATO Suriyada yerli qüvvələri gücləndirir

07.12.2015, 14:59
NATO Suriyada yerli qüvvələri gücləndirir

NATO-nun baş katibi Jens Stoltenberg deyir ki, alyans Suriyada İslam Dövləti (İD) silahlı qruplaşması yaraqlıları ilə vuruşmağa quru qüvvələri göndərməyəcək.

Dekabrın 7-də İsveçrənin Tages-Anzeiger qəzetinin dərc etdiyi müsahibədə Stoltenberg bildirib ki, ABŞ koalisiyanın hava zərbələrini müşayiət etmək üçün NATO quru qüvvələrinin göndərilməsi “koalisiya və NATO müttəfiqlərinin gündəmində deyil”.

“Birləşmiş Ştatlar məhdud sayda xüsusi qüvvələr göndərib, ancaq yerli qüvvələrin gücləndirilməsi yeganə variantdır”, Stoltenberg deyib.

Baş katibin sözlərinə görə, alyans Türkiyənin hava müdafiəsini yaxşılaşdırılmasına kömək edəcək. Bu yaxınlarda türkiyə Rusiya təyyarəsini hava hüdudlarını keçdiyinə görə vurub. /Azadlıq radiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol