Menu

"Günəşli" yatağının 10-cu özülündə yanan qaz quyularıdır

08.12.2015, 11:34
"Günəşli" yatağının 10-cu özülündə yanan qaz quyularıdır

"Günəşli" yatağının 10-cu özülündə ilkin ehtimalla yanan qaz quyularıdır.

Trend-in məlumatına görə, bunu "Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov "Günəşli" yatağının 10-cu özülündə baş verən hadisə ilə bağlı son vəziyyətə aydınlıq gətirərkən deyib.

B.Ağarəhimov deyib ki, yanğın hazırda quyularda gedir: "İlkin ehtimalla yanan qaz quyularıdır".

B.Ağarəhimov deyib ki, yanğının söndürülməsi üçün yeni gəmi cəlb edlilib. Onun üzərində 1500-2000 kub metrə qədər olan su nasosunun quraşdırılması nəzərdə tutulur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol