Menu

Fuad Qəhrəmanlı barəsində 3 ay həbs qərarı verildi - YENİLƏNİB

08.12.2015, 23:35
Fuad Qəhrəmanlı barəsində 3 ay həbs qərarı verildi - YENİLƏNİB

Nəsimi rayon Məhkəməsinin qərarı ilə Fuad Qəhrəmanlı barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçildi.

Məlumata görə, F.Qəhrəmanlı CM-nin 281.1- (Dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə), 283.2.1 (dini, irqi, sosial, nifrət aşılayan çağırışlar etmə) maddələri ilə təqsirləndirilir.

Artıq F.Qəhrəmanlının evində axtarış aparılacağı ilə bağlı qohumlarına məlumat verilib.

***

Prokurorluq Fuad Qəhrəmanlı barəsində həbs qətimkan tədbiri seçilmək üçün təqdimat verib. Bu dəqiqələrdə F.Qəhrəmanlı Nəsimi rayon Məhkəməsinə aparılıb. Məlumatı vəkil Fəxrəddin Mehdiyev verib.

* * * 

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Azadlıq” qəzetinə deyib ki, Fuad Qəhrəmanlı prokurorluqda şahid qismində dindirilir.

Onun hansı işlə bağlı dindirildiyi haqda isə mətbuat xidmətində hələlik məlumat yoxdur.

AXCP sədri Əli Kərimli isə facebookda F.Qəhrəmanlıya qarşı cinayət işinin açılması barədə məlumat paylaşıb. 

* * * 

AXCP sədrinin müavini Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə aparılıb. Bu barədə “Azadlıq” qəzetinə AXCP-dən xəbər veriblər.

Məlumatda deyilir ki, F.Qəhrəmanlını zəng vurub, şifahi şəkildə İdarəyə çağırıblar. O, hansı iş üzrə və hansı statusla dəvət edildiyini öyrənmək istəyib, amma cavab ala bilməyib. Bundan sonra o, rəsmi dəvət – çağırış vərəqəsi göndərilməsini istəyib. Lakin bir müddət keçdikdən sonra polis əməkdaşları onun yaşadığı evə gələrək F.Qəhrəmanlını özləri ilə Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə aparıblar.

Hazırda F.Qəhrəmanlının mobil telefonu bağlı göstərir və ondan heç bir xəbər yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol