Menu

İŞİD kütləvi qırğın silahı yaratmaq üçün təşkilata muzdlu alimlər cəlb edir

08.12.2015, 22:19
İŞİD kütləvi qırğın silahı yaratmaq üçün təşkilata muzdlu alimlər cəlb edir

İŞİD terror qruplaşması özünə muzdlu alimlər (fiziklər, kimyaçılar, proqramçılar) cəlb edir. Məqsəd gələcək qlobal terror aktları törətmək üçün kütləvi qırğın silahları hazırlamaqdır.

Musavat.com-un məlumatına görə, bu barədə Avropa Parlamentinin hazırladığı məruzədə bildirilir.

“İŞİD xaricdən yüzlərlə adam, o cümlədən Qərb ali məktəblərinin məzunlarını – fizikləri, kimyaçıları, proqramçıları toplayır. Ekspertlərin fikrincə, onlar sadə birləşmələrdən ölüm saçan silahlar hazırlaya bilərlər”, – deyə qurumun analitiki Beatris İmenkamp qeyd edib.

Məlumatlar görə, terrorçuların yeni planı tərkibində təhlükəli maddələr olan əldəqayırma bombalardan istifadə eləməklə terror törətməkdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol