Menu

"Loğman Abdullayev MTN-in adından istifadə etməkdə günahlandırılır" - Vəkil

09.12.2015, 15:05

mtn-01“Hüquqlarını müdafiə etdiyim Loğman Abdullayevin Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim edilməsi düzgün deyil”.

Bunu APA-ya açıqlamasında vəkil Bəxtiyar Hacıyev deyib. O bildirib ki, L. Abdullayevin Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı başlanan cinayət işinə adiyyatı yoxdur: “İstintaq orqanı iddia edir ki, Loğman Abdullayev Milli Təhlükəsizlik Nazirliyinin adından istifadə edərək dələduzluq edib. Loğman Abdullayev bu il iyulun 6-da Türkiyədən Azərbaycana gələrkən hava limanında saxlanılıb. O, heç vaxt həmin nazirlikdə çalışmayıb. Hazırda cinayət işi üzrə istintaq araşdırması aparılır”.

Qeyd edək ki, bəzi KİV-lərdə L. Abdullayevin MTN əməkdaşı olması, Akif Çovdarovun göstərişlərini yerinə yetirməsi barədə məlumatlar yayılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol