Menu

“İtkin düşənlərin axtarışı davam etdirilir” - FHN

09.12.2015, 16:21
“İtkin düşənlərin axtarışı davam etdirilir” - FHN

Dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində dənizdə itkin düşənlərin axtarışları davam etdirilir.

Hava şəraitinin mürəkkəb və təhlükəli olmasına baxmayaraq, Fövqəladə Hallar Nazirliyi bu gün də dənizdə itkin düşənlərin axtarış işlərini dayandırmayıb.

Hazırda nazirliyin 1 helikopteri şimal, şimal-şərq, digər helikopteri isə cənub istiqamətində axtarış işləri aparır.

Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin qüvvələri isə sahilboyu axtarış işlərini davam etdirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol