Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov 2012-ci ildə Londonun ən nüfuzlu və bahalı rayonunda - Sent-Ceyms məhəlləsində oğlunun adına 8 otaqlı dəbdəbəli mənzil alıb.Virtualaz.org saytı xəbər verir ki, bu barədə haqqin.az saytının Avropa bürosuna Londonun rieltor şirkətlərinin birindən məlumat verilib.
Məlumatda bildirilir ki, həmin mənzil hazırda Azərbaycanın xüsusi xidmət orqanları sistemində kriminal qruplaşma yaratmaqda ittiham olunan sabiq nazirə nə az, nə çox - düz 30 milyon funt-sterlinqə (təxminən 45 milyon dollara) başa gəlib.

Sabiq nazirin aldığı mənzilə gəlincə isə o, Eldar Mahmudovun oğlu Anar Mahmudovun adına sənədləşdirilib. Anar Mahmudov hazırda da Londonda yaşayır. Eldar Mahmudov korrupsiya və kriminal yolu ilə əldə etdiyi kapitalın böyük hissəsini Qərbdə məhz oğlunun şirkəti vasitəsilə leqallaşdırıb.
Qeyd edək ki, ölkənin hüquq-mühafizə orqanları bir müddət öncə MTN sistemind mütəşəkkil cinayətkar qruplaşmanı ifşa edərək zərərsizləşdirib. Həmin qruplaşmanın korrupsiya ilə, iş adamlarını qanunsuz olaraq təqib etməklə, onları töycü ödəməyə məcbur etməklə məşğul olması sübuta yetirilib. Nazirliyin 20 yüksək rütbəli keçmiş əməkdaşı hazırda həbsdədir.

Şərhlər