Menu

Azərbaycan Prezidenti Pekində

09.12.2015, 19:41
Azərbaycan Prezidenti Pekində

Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 9-da Sian şəhərindən paytaxt Pekinə gəlib.

"Report" xəbər verir ki, Azərbaycanın və Çinin dövlət bayraqlarının dalğalandığı Pekin şəhərinin beynəlxalq hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Çinin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol