Menu

Siqaret satış ilə bağlı yeni qadağalar

10.12.2015, 12:41
Siqaret satış ilə bağlı yeni qadağalar

Azərbaycana tütün və tütün məmulatlarının idxalı və ticarəti ilə bağlı yeni qadağaedici şərtlər müəyyənləşdirilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Tütün və tütün məmulatı haqqında” qanuna əlavələr təklif edilir. Qanunun 14.3-cü (Hüquqi və fiziki şəxslər tərəfindən tütünün və tütün məmulatının idxalına aşağıdakı hallarda yol verilmir) və 15.3-cü (Tütünün və tütün məmulatının satışı aşağıdakı hallarda qadağan olunur) maddələrinə görə, tütün və tütün məmulatlarının idxalı və satışını şərtləndirən qadağalar sırasına daha bir bənd (tütün və ya tütün məmulatları genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunduqda) əlavə olunur.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 18-də müzakirəyə çıxarılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol