Menu

Azərbaycanda keçmiş vəzifəli şəxs məhkəmə zalında həbs edildi

10.12.2015, 13:36
Azərbaycanda keçmiş vəzifəli şəxs məhkəmə zalında həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Siyəzən rayon sakini, 1968-ci il təvəllüdlü Mübariz Mirzəyev və qeyrilərinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Mübariz Mirzəyevin barəsində seçilmiş ev dustaqlığı dəyişdirilərək, həbs-qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib və 8 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslərə isə şərti cəza verilib.

Qeyd edək ki, Mübariz Mirzəyev Siyəzən rayonunda dövlət müəssisələrindən birində mühasib vəzifəsində çalışıb. O, bir neçə nəfərin adını qol çəkib və pul mənimsəyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol