Menu

“Televiziyalarda ədəbi dil qaydalarının pozulması adi hala çevrilib” - MTRŞ

11.12.2015, 12:13
“Televiziyalarda ədəbi dil qaydalarının pozulması adi hala çevrilib” - MTRŞ

“Azərbaycanda fəaliyyət göstərən radio və televiziyalarda Azərbaycan ədəbi dil qaydalarının pozulması adi hala çevrilib”.

APA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədr müavini Qafar Cəbiyev ədəbi dil normalarına riayət edilməsi sahəsində teleradio yayımçılarının proqramlarının monitorinqlərinin nəticələrinə dair mətbuat konfransında deyib.

O bildirib ki, dublyaj olunan filmlər yüksək-estetik tələblərə cavab vermir.

MTRŞ sədrinin müavini qeyd edib ki, bəzi televiziyalarda çalışan diktor və aparıcıların daha peşəkarları ilə əvəz olunması zərurəti yaranıb: “Teleradio yayımçılarının efirlərində Azərbaycan ədəbi dil qaydalarının dinamikası müsbətə doğru dəyişməkdədir, lakin problemlər var və onları sayı kifayət qədərdir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol