Menu

AMEA Dilçilik İnstitutuna direktor təyin olundu

11.12.2015, 12:40
AMEA Dilçilik İnstitutuna direktor təyin olundu

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutuna yeni direktor təyin olunub.

APA-nın xəbərinə görə, AMEA rəhbərliyinin qərarı ilə direktor vəzifəsini icra edən Möhsün Nağısoylu bu vəzifəyə təyinat alıb.

Qeyd edək ki, Dilçilik İnstitutunun direktoru akademik Tofiq Hacıyev noyabrın 27-də mənzilində dəm qazından boğularaq dünyasını dəyişib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol