Gələn ay – yanvarın üçüncü ongünlüyündə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında Ermənistan əleyhinə iki qətnamə layihəsi müzakirəyə çıxarılacaq.
Onlardan biri Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin işğalı, ikincisi isə Sərsəng su anbarı ilə bağlıdır. Xəbər verildiyi kimi, hər iki sənəd artıq qurumun Siyasi komitəsində qəbul olunub və birmənalı şəkildə Azərbaycanın mövqeyini ifadə edir, Ermənistanı işğalçı dövlət kimi tanıyır.
Erməni tərəfini ən çox narahat edən də elə budur ki, sözügedən sənədlər AŞPA sessiyasında da qəbul oluna bilər. Musavat.com-un erməni qaynağına istinadən verdiyi xəbərə görə, bu üzdən Ermənistan nümayəndə heyəti indidən həmin sənədləri neytrallaşdırmaq üçün hərəkətə keçib. Bununla bağlı prezident Serj Sərkisyanın nümayəndə heyətinin başçısına əlindən gələni eləmək üçün göstəriş verdiyi də bildirilir.
Bu barədə “Joxovurd” qəzeti yazıb. Nümayəndə heyətinin üzvü Naira Karapetyan isə bildirib ki, göstərişdən asılı olmayaraq bu yöndə intensiv iş aparılır.


Şərhlər