Menu

"Hüriyyət" qəzetinə silahlı hücum

12.12.2015, 23:17
"Hüriyyət" qəzetinə silahlı hücum

Türkiyənin Ankara şəhərində "Hüriyyət" qəzetinin yerləşdiyi binaya silahlı hücum olub.Axar.az xəbər verir ki, hücum zamanı binaya bir neçə güllə atılıb və şüşələr sındırılıb.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Əraziyə xeyli polis əməkdaşları cəlb edilib və araşdırmalara başlanılıb.

Hadisədən sonra “Hüriyyət” qəzetinin Baş redaktoru Sedat Ergin də olaya münasibət bildirib:“Hazırda yalnız onu deyə bilərik ki, binanın önündə və mərtəbələrində şüşələr sındırılıb. Hadisənin əsas səbəbi araşdırmalardan sonra məlum olacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol