Menu

Çempionlar Liqasının təqvimi - VİDEO,FOTO

14.12.2015, 22:38

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. ANS PRESS-in məlumatına görə, UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında baş tutan mərasimdə komandalar 8 cütlüyə bölünüb.

Ümumilikdə 1/8 final mərhələsində 10 ölkə təmsilçisi iştirak edəcək. İspaniya və İngiltərə hərəyə 3, Almaniya ilə İtaliya hərəyə 2, Rusiya, Portuqaliya, Hollandiya, Ukrayna, Fransa və Belçika isə 1 komanda ilə təmsil olunacaqlar. Çempionlar Liqasının 1/8 final mərhələsinin proqramı açıqlanıb. Mərhələnin ilk oyunları 16, 17, 23, 24 fevral, cavab qarşılaşmaları 8, 9, 15, 16 mart tariхlərində keçiriləcək.

Çempionlar Liqası

1/18 final

İlk oyunlar

16 fevral

PSJ (Fransa) - Çelsi (İngiltərə)

Benfika (Portuqaliya) - Zenit (Rusiya)

17 fevral

Gent (Belçika) - Volfsburq (Almaniya)

Roma (İtaliya) - Real (İspaniya)

23 fevral

Arsenal (İngiltərə) - Barselona (İspaniya)

Yuventus (İtaliya) - Bavariya (Alrmaniya)

24 fevral

PSV (Hollandiya) - Atletiko (İspaniya)

Dinamo (Ukrayna) - Mançester Siti (İngiltərə)

Cavab oyunları

8 mart

Volfsburq (Almaniya) - Gent (Belçika)

Real (İspaniya) - Roma (İtaliya)

9 mart

Çelsi (İngiltərə) - PSJ (Fransa)

Zenit (Rusiya) - Benfika (Portuqaliya)

15 mart

Atletiko (İspaniya) - PSV (Hollandiya)

Mançester Siti (İngiltərə) - Dinamo (Ukrayna)

16 mart

Barselona (İspaniya) - Arsenal (İngiltərə)

Bavariya (Alrmaniya) - Yuventus (İtaliya)

Qeyd edək ki, Çempionlar liqasının sonuncu qalibi "Barselona" klubu olub. Katalonlar finalda "Yuventus"u məğlub edərək 2014-cü ildə çempion olub. Oyun 3:1 hesabı ilə başa çatıb. Bu, katalonlar üçün Çempionlar Liqasında 5-ci qalibiyyət olub.

"Barselona" - "Yuventus" 3-1

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol