ABŞ-ın müdafiə naziri Eşton Karter Türkiyədə İncirlik hərbi bazasına baş çəkib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, nazir bazaya baş çəkməsinin səbəbləri haqda danışıb. E.Karter bildirib ki, səfərinin məqsədi amerikalı əsgərlərə mənəvi dəstək verməkdir.
O ABŞ, Türkiyə, İspaniya və Qətərin hərbi hava qüvvələrinin nümayəndələri ilə toplantı keçirib.
ABŞ-ın müdafiə nazirinin Türkiyə rəsmiləri ilə görüş keçirəcəyi də gözlənilir.


Şərhlər