Menu

PKK-dan daha bir xain hücum: 2 polis şəhid oldu

15.12.2015, 18:51
PKK-dan daha bir xain hücum: 2 polis şəhid oldu

Türkiyənin Diyarbəkir vilayətində polisə bombalı hücum edilib. Musavat.com-un verdiyi məlumata görə, Türkiyənin Diyarbəkir vilayətinin Silvan qəsəbəsində içərisində polislərin olduğu zirehli avtomobil PKK terror təşkilatının üzvləri tərəfindən pusquya düşürülüb.

Nəticədə 2 polis şəhid olub, 3-ü ağır yaralanıb.

Hücumun ardında ərazidə geniş çaplı əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Verilən son məlumatlara görə, başladılmış əməliyyat bu dəqiqələrdə də davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol