Menu

Tanınmış vəkil vəfat etdi

16.12.2015, 08:57
Tanınmış vəkil vəfat etdi

Azərbaycanın tanınmış vəkillərindən biri olan Elton Quliyev vəfat edib.

Bu barədə vəkil Adil İsmayılov “Facebook” səhifəsində yazıb. E. Quliyev uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.

Qeyd edək ki, 1956-cı il təvəllüdlü E. Quliyev 1977-1991-ci illərdə Bakı şəhər Daxili işlər idarəsində və Azərbaycan SSR Daxili İşlər Nazirliyində müstəntiq, baş müstəntiq, İstintaq bölməsinin rəisi, istintaq idarəsinin rəis müavini vəzifələrində çalışıb.

1991-ci ildə öz istəyilə daxili işlər orqanlarından çıxıb.

1996-cı ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olub. /APA

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol