Güclü demokratik institutları və Avropa tipli modeli ilə Ukrayna Rusiyanın siyasi rüjiminin təhlükəsizliyini zəiflədə bilər
Ukraynada davam edən krizisin haraya aparıb çıxara biləcəyi hələlik anlaşılan deyil. Ancaq indidən də aydın şəkildə görünür ki, Rusiya Avropa Birliyi və ABŞ-dan fərqli olaraq burada hansı irəliyə gedə biləcək geopalitik nəticələrin olacağını tez başa düşdü. Bəs Moskva nə istəyir?
Bu ölkənin Rusiya ilə olan əlaqələri həmişə Ukraynanın siyasi proseslərinə böyük təsir göstərib. İndiki qarışıqlıqda Rusiya, müxalifətlə hakimiyyət arasında vasitəçılik etmək üçün AB və ABŞ-in Kiyevə göndərdiyi yüksək vəzifəli nümayədələrinin fonunda daha az nəzərə çarpır. Ancaq Rusiya tərəfindən formal diplomatik təşəbbüslərin həyata keçrilməməsi, Moskvanın gözləmə mövqeyində dayanması demək deyil. Moskvanın diqqətinin Soçi olimpiadasına yönəlməsinə baxmayaraq, Ukrayna böhranı Rusiyanın xarici siyasət gündəmində əsas yerdə dayanır. Sadəcə, Moskva pərdə arxasından fəaliyyət göstərməyi üstün tutur. Moskva Ukraynada olan özünün müxtəif vasititələrindən istifadə edir.
Ukrayna krizisində Rusiyanın başlıca məqsədi müxalifətin ölkədəki real hakimiyyəti ələ keçirməməsidir. Rusiya mövcud olan disfunksional sistemin dəyişməsi üçün həqiqi islahatların və Avropa standartlarına uyğun modernləşdirmənin və bunlara müvafiq olaraq da qərbpərəst xarıcı siyasətin aparılmasını arzulamayan,istənilən müxalifəti qəbul edir.

İndiki krizin nəticələri Rusiyanın postsovet Şərqi Avropasındakı mövqeyinə də təsir edəcək. Kreml yaxşı bilir ki,yeni Ukrayna “inqilabı” nəhəng geopolitik potensiala malikdir.(Ancaq qərbin siyasi istehsalçıları hələlik bunu tam mənası ilə anlaya bilmirlər). Bu potensial o qədər böyükdür ki, Moskvanın fikrincə, Ukraynadakı vəziyyət xarici siyasət prioritetlərindən çox Rusiyanın öz daxili həyatının bir parçasıdır. Güclü demokratik institutları və Avropa tipli modeli ilə Ukrayna Rusiyanın siyasi rüjiminin təhlükəsizliyini zəiflədə bilər. Moskva artıq çoxdandır görür ki, Ukraynadakı antoqonist oyun geniş formalı və uzunmüddətli nəticələr törədəcək. Bu gün də onların baxışı dəyişməyib. Ona görə də AB ilə ABŞ Rusiyanın çox irəliyə ged bilən tədbirlərə əl atacağına hazır olmalıdır. Bu ölkə özünün güclü siyasi, iqtisadi , energetik sahədəki bütün kompleks imkanlarını işə salaraq Ukraynanı “yumşaq gücün”(pulun) köməyi ilə ələ almağa hazırdır.
Məsələn məlumdur ki, Ukrayna rusların iqtisadi şantajından zəif qorunur. Bu da öz növbəsində Ukraynadakı krizi daha da dərinləşdirir. 2012 –ci ilin üçüncü kvartalından etibarən Ukraynanın ÜDM daimi olaraq azalır və ölkə böyük çətinliklə Rusiya qazının hesabını ödəyir. Rusiya tam açıq şəkildə Ukraynanın iqtisadi çatışmazlığını, zəifliyini və artan maliyyə çətinliklərini öz siyasi məqsədləri üçün istismar edir. Bu yaxınlarda böyük miqdarda Ukrayna səhmlərinin Rusiya tərəfindən alınması da bunlardan biridir.
Son həftələr xeyli sayda rus yaşayan Krımdakı separatçılardan istifadə olunması hiss olunur. Ancaq ruslar separatçılıq kartıyla cox ehtiyyatla oynayacaqlar. Burada məqsəd yalnız Ukrayna hökümətinə təzyiq etməkdir. Ona görə ki,Ukraynanın parçalanması Moskvaya lazım deyil. Onlara bütöv ölkə üzərində ağalıq etmək sərf edir. Rusiya çoxtərəfli instrumentlərdən və Ukrayna hakim elitasındakı əlaqələrindən istifadə etməklə Viktor Yanukoviçi hakimiyyətdə saxlamaq fikrindəditr. Bacaracaqmı, bunu yaxın zaman göstərəcək.
Vaqif Nəsibov
AzPolitika.info


Şərhlər