Menu

Azərbaycan Beynəlxalq Bankında yeni təyinat

16.12.2015, 11:21
Azərbaycan Beynəlxalq Bankında yeni təyinat

Azərbaycan Beynəlxalq Bankı Rusiya Federasiyasındakı ABB-Moskva törəmə bankının idarə heyətinə yeni sədr təyin edib. Trendə bankdan verilən məlumata görə, yeni sədr Emin Əfəndiyev təyin edilib.

E.Əfəndiyev səlahiyyətlərinin icrasına dekabrın 15-dən başlayıb.

Yeni sədr ali iqtisadi təhsil alıb, bir sıra kredit-maliyyə təşkilatlarında aparıcı vəzifələrdə işləyib, o cümlədən Kapital Bank və ABB-də çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol