Azərbaycanın "Benkons Group" şirkəti Tatarıstanın paytaxtı Kazanda 21 mərtəbəli mehmanxana kompleksi tikəcək.
"Marja" Rusiya mətbuatına istinadən xəbər verir ki, otel kompleksi Rusiyada keçiriləcək "FIFA 2018" futbol üzrə dünya çempionatına qədər istifadəyə veriləcək.
Tikinti işləri 2016-ci ildə "Kazan-Arena" stadionunda başlayacaq.
Məlumata görə, "Benkons Group"un rəhbərliyi dünya çempionatına qədər Kazanda 21 mərtəbəli otel-ofis kompleksinin tikintisi haqqında qərar qəbul edib. Şirkətə tikinti üçün "Kazan-Arena" stadionunun ərazisində 1,9 hektar torpaq ayrılıb. Binanın ümumi sahəsi 30,1 min kv. m olacaq, binada 13 ofis və 252 mehmanxana nömrəsi yerləşəcəkdir.
2018-cü ildə Kazan şəhərində dünya çempionatının altı oyun keçiriləcək.
Qeyd edək ki, "Benkons Group" şirkəti "Gilan Holdinq"ə yaxınlığı ilə tanınır.


Şərhlər