Menu

“Ukrayna Rusiya ilə azad ticarət zonasının ləğvinə hazırdır”

17.12.2015, 01:26

porosenkoUkrayna Rusiya ilə azad ticarət zonasının ləğvinə hazırdır. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ukrayna prezidenti Pyotr Poroşenko Avropa Kommisiyasının sədri Jan-Klod Yunkerlə birgə keçirdiyi brifinqdə bəyan edib.

“Ukrayna Avropa İttifaqı ilə azad ticarət zonası rejiminin tətbiqi naminə buna hazırdır”, deyə P.Poroşenko bildirib.

Xatırladaq ki, dekabrın 16-da Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə azad ticarət zonası haqqında razılaşmanın 2016-cı ilin yanvarından 1-dən dayandırılması barədə fərman imzalayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol