Rusiyanın hüquq-mühafizə orqanları Azərbaycan Beynəlxalq Bankının Sankt-Peterburqdakı şöbəsində əməliyyat keçiriblər.
“Qafqazinfo” xəbər verir ki, xüsusi əməliyyat zamanı şöbənin rəhbəri Yaşar Səfərov həbs olunub. O, çirkli pulların yuyulmasında ittiham olunur. Rəsmi məlumatlarda bildirilir ki, ofisdəki axtarışın səbəbi pulların xaricə qanunsuz çıxarılması ilə bağlıdır.
Məlumatlara görə, Səfərovun həbsi Beynəlxalq Bankın sabiq rəisi Cahangir Hacıyevin törətdiyi cinayətlərin tərkib hissəsidir. O, Hacıyevin ən etibarlı kadrı olub, uzun müddət bankın Xaçmaz filialının müdiri olub "özünü doğruldandan" sonra isə Sankt-Peterburqa göndərilib.
Qeyd edək ki, Yaşar Səfərov Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun bacısı oğludur.
***

Virtualaz.org saytı xəbər verir ki, içəridə olan əməliyyatçılar isə bankın kompüterlərini axtarırlar və sənədləri çıxarırlar.
“MBA-Moskva”dan bildiriblər ki, Peterburq ofisi Bakı vaxtı ilə saat 18-dək bağlı olacaq. Axtarışın konkret hansı cinayət işi ilə bağlı aparıldığı hələ açıqlanmır. Hüquq-mühafizə orqanları da axtarışla bağlı rəsmi açıqlama vermirlər.
Bununla belə bankdan deyiblər ki, axtarış “barəsində cinayət işi olan keçmiş müştəriyə dair sənədlərin götürülməsi” üçün aparılır.
* * *
Azərbaycan Beynəlxalq Bankı (ABB) Rusiyada törəmə qurumu olan "ABB-Moskva" Bankının Sankt-Peterburq şəhərində yerləşən filialının bağlanması haqqında yayılan xəbərlərlə bağlı açıqlama verib.
[caption id="attachment_178972" align="alignleft" width="300"]

ABB-nin mətbuat katibi Yadigar Cəfərli "Report"a hüquq-mühafizə orqanları əməkdaşlarının filiala keçmiş müştərilərdən biri haqqında bəzi sənədlərin əldə olunması məqsədilə gəldiklərini bildirib. Bununla yanaşı, filialın şöbə müdiri Yaşar Səfərovun həbs edilməsi ilə bağlı xəbərlər də həqiqətə uyğun deyil. Onun sözlərinə görə, Sankt-Peterburq filialı hazırda adi qaydada işləyir və fəaliyyətində heç bir problem yoxdur.


Şərhlər