Ukrayna sərhəd xidmətinin məlumatına görə, Donetsk hava limanından Yanukoviçin də olduğu təyyarənin havaya qalxmasına imkan verilməyib. Məlumata görə, təyyarəni yoxlamağa gələn nəzarətçilərə bir qrup silahlı şəxs pul müqabilində təyyarənin havaya qalxmasına icazə verilməsini istəyib. Lakin onların bu istəyinə rədd cavabı verilib. Bundan sonra Yanukoviç hava limanının ərazisini tərk edib.
Ukraynanın istefaya göndərilmiş daxili işlər naziri Vitali Zaxarçenkonun Donetsk hava limanına buraxılmayıb. Keçmiş nazir çarter reysi ilə ölkəni tərk etməyə çalışıb. Lakin sənədləri qaydasında olmadığından sərhədçilər tərəfindən saxlanılıb.Bir müddət əvvəl isə onun Belarusa getdiyi xəbəri yayılmışdı.



Şərhlər