Jurnalist bildirib ki, işgəncə hədələri alıb
Səbail rayon Məhkəməsinin qərarına əsasən, dünən MTN tərəfindən həbs olunan jurnalist Pərviz Həşimli barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Təqdimatda 3 aylıq müddət tələb edilsə də, məhkəmə 2 aylıq müddət barədə qərar verib.
Pərviz Həşimli ittihamları rədd edib, həbsinin jurnalist və hüquq müdafiəçisi fəaliyyəti ilə bağlı olduğunu bildirib.
Həbs olunduğu andan bu yana işgəncəyə məruz qalmadığını bildirən Pərviz Həşimli işgəncə ilə hədələndiyini deyib. Saxlanma zamanı MTN əməliyyatçılarının kobudluğu üzündən Pərviz Həşimli ayaq nahiyəsindən xəsarət alıb.(Bizim Yol)
Maraqlıdır ki, jurnalist məhkəməyə gətirilərkən və aparılarkən əlləri qandallı olub və başına qara torba keçirilib.
O anların fotolarını təqdim edirik.








Şərhlər