Menu

Bakıda Formula 1: Oturaq yer üçün ən ucuz bilet 125 manata

18.12.2015, 11:08
Bakıda Formula 1: Oturaq yer üçün ən ucuz bilet 125 manata

Gələn il Bakıda keçiriləcək Formula 1 yarışına biletlərin qiymətləri açıqlanıb. Oxu.Az xəbər verir ki, yarışda oturaq yerlər 8 tribunadadır.

Abşeron tribunasında 3 gün ərzində yarışları izləmək hüququ verən biletin qiyməti 620 AZN (A, B, C, D, E kateqoriyaları yerlərdə) təşkil edir. Bu tribunalarda imtiyazlı, yəni endirimlə əldə olunacaq biletlərin qiyməti isə 495 AZN bərabərdir.

Digər yerlər üzrə biletlərin qiymətlərini təqdim edirik:

İçəri Şəhər və Azneft tribunalarında qiymətlər 440 AZN (imtiyazlı 310)

Muğam və Sahil tribunaları – 370 AZN (259 AZN)

Qız Qalası və Filarmoniya tribunaları – 305 AZN (199 AZN)

Bulvar və Xəzər tribunaları – 210 AZN (125 AZN)

Bundan başqa, yarışı izləmək üçün ayaqüstü zonalar da təklif olunur.

Ayaq üstü zonaya keçid üçün biletlərin qiymətlər 95 AZN-dir.

Yarışı izləmək üçün ən ucuz bilet isə 19 AZN-ə satılacaq. Bu bilet yalnız ayaqüstü zonaya və yalnız cümə günü yarışı izləməyə imkan verəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol