Menu

“İŞİD-ə zərbələr davam edəcək, ancaq Əsəd getməlidir”

19.12.2015, 00:50

Barack ObamaABŞ İŞİD terror təşkilatına sərt hava zərbələrini və quruda ona qarşı hücumlar edən tərəfdaşlarına dəstəyi davam etdirəcək.

Musavat.com-un məlumatına görə, bu barədə ABŞ prezidenti Barak Obama Ağ Evdəki mətbuat konfransında bildirib.

O, həmçinin, Parisdə və San-Bernardinoda (ABŞ) terror aktlarının təkrarlanmaması üçün beynəlxalq tərəfdaşlarla təmaslar saxlayacağını deyib.

Onun sözlərinə görə, Suriyada ətəşkəsin əldə olunması ideal olmasa da, tərəflərin hamısına İŞİD-lə mübarizə aparmağa imkan verəcək: “Əsəd getməlidir. Çünki Suriya prezidenti legitimliyini itirib” – vurğulayıb Amerika dövlət başçısı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol