Menu

VASİF TALIBOV QUDASINI DTX-nın RƏİSİ TƏYİN ETDİ - MR hakimiyyətində şok dəyişiklik

19.12.2015, 15:51
VASİF TALIBOV QUDASINI DTX-nın RƏİSİ TƏYİN ETDİ - MR hakimiyyətində şok dəyişiklik

Ləğv olunmuş Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bazası əsasında yaradılmış Naxçıvan MR Dövlət Təhlükəsizliyi Xidmətinə kimin rəhbərlik edəcəyi məlum olub.

Moderator.az xəbər verir ki, Fazil Nəriman oğlu Ələkbərov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamına əsasən, Muxtar Respublikanın Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsindən azad olunaraq, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib. Sərəncam dekabrın 18-də imzalanıb.

AzPolitika.info xatırladır ki, Fazil Ələkbərov Vasif Talıbovun qudasıdır. Ali Məclis sədrinin oğlu Seymur Talıbov F.Ələkbərovun qızı ilə evlidir.

Qeyd edək ki, elə dünən Naxçıvan DTX-nın rəisi səlahiyyətlərini icra edən (indiyəqədərki MTN naziri-red) general-leytenant Vəli Ələsgərov vəzifəsindən azad olunmuşdu. V.Talıbovun V.Ələsgərovu vəzifəsindən uzaqlaşdırıb, yerinə öz qudasını təyin etməsi maraqlı hadisədir.

Rasim ƏLİYEV

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol