Menu

Türkiyədə İŞİD-lə bağlı istintaq başa çatdı

19.12.2015, 19:58
Türkiyədə İŞİD-lə bağlı istintaq başa çatdı

İstanbul Respublika Prokurorluğu İŞİD terror təşkilatı ilə bağlı istintaqını tamamlayıb. 3-ü məhbus olmaqla 67 nəfər haqqında iddianamə hazırlanıb.

Modern.az saytı Türkiyə mətbuatına istinadən bildirir ki, 315 səhifəlik sənəddə İŞİD-in Türkiyəni “tağut ” (düşmən) olaraq gördüyü qeyd olunub.

Eyni zamanda bildirilir ki, terror təşkilatının bəzi üzvləri hələ də qarşıdurma bölgəsindədir. İddianamədə “terrorizm” anlayışı terror zamanı həyatını itirən alim Ahmet Taner Kışlalının sözləri ilə izah edilib:

“Terrorist üçün əhəmiyyətli olan insan ya da insanlar deyil, onları öldürdüyü zaman cəmiyyətdə yaradacağı təsirdir. Reallıqdır ki, şiddətsiz terror olmaz, amma hər şiddət də terror deyil ”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol