Menu

​Ermənistan prezidenti Moskvaya gedir

19.12.2015, 20:01
​Ermənistan prezidenti Moskvaya gedir

Ermənistan prezidenti Serj Sarqsyan dekabrın 20-də Moskvaya işgüzar səfər edəcək.

"Report" "News.am"a istinadən xəbər verir ki, bu barədə erməni dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Serj Sarqsyan dekabrın 21-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurası və Avrasiya İqtisadi İttifaqı Şurasının sessiyalarında iştirak edəcək.

Qeyd edək ki, dekabrın 19-da İsveçrənin Bern şəhərində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyan arasında görüş olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol