Menu

Vurulan Rusiya təyyarəsinin “qara qutu”su açılıb

20.12.2015, 15:56
Vurulan Rusiya təyyarəsinin “qara qutu”su açılıb

Bir neçə gün əvvəl Türkiyə-Suriya sərhədində vurulan Rusiya təyyarəsinin “qara qutu”su açılıb.

Lent.az-ın məlumatına görə, televiziya ilə canlı yayımlanan prosesdə İngiltərə, Çin və Hindistan mütəxəssisləri və bəzi diplomatlar iştirak edib.

Araşdırma qrupunun rəhbəri Nikolay Primak cihazın ilkin müayinəsindən sonra “SU 24”ün uçuşu ilə bağlı məlumatların silinə biləcəyini deyib. O qeyd edib ki, cihazın yaddaş kartı zədələnib.

Bildirilib ki, “qara qutu”nun məlumatları bazar ertəsi ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, noyabrın 24-də Türkiyə sərhədini 17 saniyə boyunca pozan Rusiya qırıcısı vurulub. Rəsmi Moskva təyyarəsinin Türkiyə sərhədini pozmadığını bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol