Menu

Avtomobil idxalı dərin tənəzzüldə

21.12.2015, 16:10
Avtomobil idxalı dərin tənəzzüldə

Əvvəlki illərdə Azərbaycana hər ay 7-8 min avtomobilin gətirildiyi halda, son aylar gətirilən avtomobillərin sayı 2 min ədədə çatmır. Bu əhalinin avtomobil almadığına, rəsmi distiribyutor və dilerlərin də müvafiq olaraq avtomobil satşlarının dəfələrlə azaldığına işarə edir.

“Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2015-ci ilin Yanvar-Noyabr aylarında (11 ayda) Azərbaycana xaricdən cəmi 25 min 647  ədəd  nəqliyyat vasitəsi idxal olunub. Bu say, ötən ilin eyni dövrü ilə müqayisədə 31 min 157 ədəd və ya 54,8% azdır. Ötən ilin 11 ayı ərzində Azərbaycana 56 min 804 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu.

2015-ci ilin Yanvar-Noyabr ayları ərzində 803 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri (avtobuslar), 22 min 746 ədəd minik  avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1 871 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri və 227 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunmuşdur.

NOYABRDA İDXAL MİNİMUMA DÜŞÜB

2015-cü ilin Yanvar ayında ölkəmizə 4090 ədəd, Fevral ayında 3421 ədəd, Martda 2524 ədəd, Apreldə 2855 ədəd, Mayda 2605 ədəd, İyunda 2145 ədəd, İyulda 1836 ədəd, Avqustda 1671 ədəd, Sentyabrda 1768 ədəd, Oktyabrda 1304 ədəd, Noyabrda 1428 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdur.

CƏMİ 1249 ƏDƏD MİNİK AVTOMOBİLİ GƏTİRİLİB

Minik avtomobillərinin idxalında vəziyyət daha pisdir, bu avtomobil biznesində tənəzzülün dərinləşdiyinə işarə edir. Belə ki, 2015-ci ilin Yanvar-Noyabr aylarında 2014-cü ilin eyni dövrü ilə müqayisədə minik avtomobillərinin idxalı 28 min 843 ədəd və ya 56% azalaraq  22 min 746 ədədə düşüb. Ötən ilin 11 ayında ölkəmizə 51 min 589 ədəd minik avtomobili idxal olunmuşdu.

2015-ci ilin Yanvar ayında 3870 ədəd, Fevral ayında 3161 ədəd, Mart ayında 2225 ədəd, Apreldə  2484 ədəd, Mayda 2172 ədəd, İyunda 1833 ədəd, İyul ayında 1600 ədəd, Avqust ayında 1476 ədəd, Sentyabr ayında 1565 ədəd, Oktybar ayında   1111 ədəd, Noyabr ayında isə1249 ayında ədəd minik avtomobili idxal olunub.

NƏ ÜÇÜN AZALIR?

Ekspertlər bildirirlər ki, avtomobil idxalının azalması Avro 4 standartına keçid, devalvasiya, kreditlərin sərtləşdirilməsi, aksiz vergisinin dərəcələrinin artırılması və əhalinin gəlirlərinin azalması ilə bağlıdır.

Ölkəmizə 2012-ci ildə 101 255 ədəd, 2013-cü ildə isə 104 min 385, 2014-cü ildə 63 min 368 ədəd avtomobil idxal olunmuşdur. Bu il avtomobil idxalının ötən illə müqayisədə təxminən 2 dəfə azalaraq 30 min ədəddən az olacağı gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol