“Azərbaycan iqtisadiyyatı manatın üzən məzənnə kursuna hazır deyil”.
Bunu AzNews.az-a açıqlamasında iqtisadçı-alim Azər Mehdiyev bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bank sadəcə olaraq, bazarda baş verən prosesləri izləyərək özü kurs müəyyənləşdirəcək: “Mən hələ də Mərkəzi Bankın üzən məzənnə siyasətinin nədən ibarət olduğunu bilmirəm. Növbəti günlərdə bazarda tələbə uyğun olaraq kurs dəyişəcək? Bu, mümkünsüz bir şeydir. Bu baxımdan qeyri-müəyyənliklər çoxdur. Hökumətin və Mərkəzi Bankın addımlarını proqnozlaşdırmaq olmur. Gözləyək, görək nə baş verəcək”.
Ekspert manatın kursunun hələ də düşə biləcəyini iddia edir: “Bu son olmaya bilər. Üzən kursa keçiriksə, manatın məzənnəsi daha da düşə bilər. Ekspertlər bəyan elədilər ki, manat bu məzənnəni qoruyub saxlamaq iqtidarında deyil. Azərbaycanda nə valyuta resursları, nə də iqtisadiyyatın durumu bu məzənnəni saxlamağa imkan vermir. Yəni, məzənnə tədricən azaldılmalı idi. Ancaq Mərkəzi Bank israrla bu məzənnəni saxladı. “Heç bir devalvasiya olmayacaq” deyə-deyə birdən-birə kəskin devalvasiyaya getdi. İndi isə yenidən üzən kurs siyasətinə keçdiyini bəyan edir”.


Şərhlər