“Ukraynaya hərbi müdaxilə Rusiyanın kobud səhvi olardı...”

“ABŞ Ukrayna xalqının yanındadır və Rusiyanın ölkədəki siyasi böhrana hərbi müdaxilə ssenarisi kobud bir səhv olardı”. Musavat.com-un NBC telekanalına istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Syüzan Rays jurnalistlərlə görüşdə deyib. Onun sözlərinə görə, belə bir müdaxilə Putinin böyük səhvi olardı.

“Yanukoviç demokratik yolla seçilsə də, öz xalqına qarşı getməklə, dinc nümayişçilərə güc tətbiq eləməklə, Ukrayna xalqının iradəsini qulaqardı etməklə artıq legitimliyini itirib” – deyib Rays.