Menu

Səudiyyə Ərəbistanı Yəmənin buraxdığı ballistik raketi vurdu

22.12.2015, 13:14
Səudiyyə Ərəbistanı Yəmənin buraxdığı ballistik raketi vurdu

Səudiyyə Ərəbistanının raket əleyhinə müdafiə xidməti dekabrın 21-də Yəməndən buraxılan və Cizan vilayətinə doğru istiqamətlənən ballistik raketi vurmağı bacarıb.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, raketin hədəfi Krallığın cənub hissəsindəki neft istehsal edən infrastruktur olub. Bunu Yəmən ordusunda olan husilərin tərəfdarları məlumat verib.

Səudiyyə Ərəbistanının dövlət xəbər agentliyi SPA-nın məlumatına görə isə elə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın mətbuat katibi raketin Cizan şəhərinə yönəldiyini bildirib.

Öz növbəsində, husilərin xəbər agentliyi olan "Saba" briqada komandiri Şərəf Lukmana istinadən "Saudi Aramco" neft şirkətinin infrastrukturuna yönəlmiş raketin hədəfi vurduğunu xəbər verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol