Rusiya Ermənistandakı bazasına daha bir partiya hücum vertolyotu göndərib.Avropa.info xəbər verir ki, bu barədə Rusiyanın Cənub hərbi dairəsindən məlumat veriblər. Erebunidəki bazaya 6 ədəd Mi-24P hücum vertolyotu və Mi-8MT daşıma vertolyotu göndərilib. Ermənistanda yerləşdiriləcək vertolyotlar Krasnodardan gətirilib.
Vertolyotlar üçün eniş meydançaları inşa edilənədək onlar hərbi aerodromdakı anqarlarda yerləşdiriləcək. Mi-24P və Mi-8MT-lərin uçuşu 2016-cı ilin birinci kvartalından başlayacaq.
Bu 2015-ci ildə Erebuni bazasına göndərilən sonuncu partiya vertolyotlardır. 8 dekabrda həmin bazaya 7 ədəd Mi-24P hücum vertolyotu və Mi-8MT gətirilmişdi.
1995-ci ildə yaradılan hərbi bazada MiQ-29 təyyarələri də mövcuddur.


Şərhlər