Türkiyənin müdafiə naziri İsmet Yılmaz İraqdakı Beşika düşərgəsi ilə bağlı sualları cavablandırıb.
Müsavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, müdafiə naziri təlimçi türk əsgərlərinin düşərgədən geri qaytarılmayacağını açıqlayıb.
Türkiyənin Beşika düşərgəsinə əsgər göndərməsi İraq hökuməti ilə münasibətlərin pisləşməsinə səbəb olmuşdu.
İ.Yılmaz gərginliyin yaşanmasına baxmayaraq, "Türk əsgərləri Beşika düşərgəsindən geri çəkilməyəcəklər" - deyə məsələyə aydınlıq gətirib.


Şərhlər