Menu

Davudoğlu qarşıdurmalarda zərərçəkənlərə dəstək vəd edib

22.12.2015, 21:46

davudoglu_47Türkiyənin baş naziri Əhməd Davudoğlu küçəyə çıxma qadağası və qarşıdurmalarda zərər görən vətəndaşlara dair alınan tədbirlər barədə danışıb.

Musavat.com xəbər verir ki, Əhməd Davudoğlu Diyarbəkirin Sur bölgəsindəki işçilərə güzəşt olunacağını bildirib. Baş nazir "İşçi qardaşlarımızın zərərləri ödəliləcək - deyə vurğulayıb.

Ə.Davudoğlu bölgədəki işçilərin vergi ödəmələrinin may ayına qədər uzadılacağını da qeyd edib.

Baş nazir küçəyə çıxma qadağasının olduğu yerlərdə müəllimlərin icazəli sayılacaqlarını da sözlərinə əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol