Menu

WTI markalı neftin qiyməti "Brent"i üstələdi

23.12.2015, 10:06
WTI markalı neftin qiyməti "Brent"i üstələdi

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,33 dollar yaxud 0,92% bahalaşaraq 36,14 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,24 dollar və ya 0,66% ucuzlaşaraq 36,11 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 39 dollar/barel olacağı gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol