Heç bir idarəetmə bacarığı və ideoloji savadı olmayan gənc xanımların icra başçılarına müavin gətirilməsi nə ilə bağlıdır?
Məlum olduğu kimi, son dövrlər bəzi icra başçıları özlərinə xanım müavinlər təyin etdilər. Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərovun 25 yaşlı Aygün Əliyevanı özünə müavin təyin etməsi ilə başlayan bu proses mətbuatda və sosial şəbəkələrdə geniş müzakirə olunmaqdadır. Sonradan bir çox icra başçılarının da oxşar addımı atması məsələylə bağlı ictimai müzakirələrin daha da genişlənməsinə səbəb olub. Hər halda icra başçılarının birdən-birə özlərinə xanım müavinlər təyin etməyə başlaması maraq doğurmaya bilməz.
Bunun səbəbi ilə bağlı rəsmi açıqlama olmasa da, mediada hakimiyyətdəki mənbələrə istinadən 2 fikir irəli sürülüb.
Birincisi, sözügedən proses prezident İlham Əliyevin icra hakimiyyətlərində gənçlərin və qadınların yüksək vəzifələrə irəli çəkilməsi ilə bağlı tapşırığı ilə izah olunur.
İkincisi isə, Prezident Administrasiyasından rayon icra hakimiyyəti başçılarına humanitar məsələlər üzrə müavinlərinin qadın mütəxəssis olması barədə tapşırıq verilməsi ilə.
Əslində icra başçıları özlərinə xanım müavinlər təyin etməsi kütləvi xarakter aldığından bunun “yuxarıların” tapşırığı əsasında həyata keçrildiyi şübhə doğurmur. Ançaq daxil olan fakrtlar göstərir ki, prosres heç də siyasi hakimiyyətin arzuladığı istiqamətdə getmir. Niyə?
Əvvala, prezidentin verdiyi tapşırıq düzgün icra olunmur. Belə ki, sonuncu dəfə icra başçılarının iştirakı ilə keçən ilin 12 fevral tarixində müşavirə keçirən prezident İlham Əliyev onlara kadr təyinatında obyektiv olmalarını, işgüzarlığı ilə seçilən insanları vəzifədə irəli çəkmələrini tapşırmışdı.
Ançaq bəzi icra başçılarının özlərinə xanım müavinlər təyin edərkən bu kriteriyaları əsas götürdüyünü söyləmək mümkün deyil.Hər halda əksəriyyəti orta məktəb müəllimi, kitabxanaçı, həkim olan, həm də iş faliyyətinə yeni başlayan xanımların məhz işgüzarlığına, içtimai fəallığına görə irəli çəkilməsi fikrinə rast gəlinməyib.

Amma nədənsə, rayon rəhbərləri bu tapşırığa özünəməxsus yanaşma tərzi nümayiş etdirməyi daha məqbul biliblər. Belə ki, bir çox rayon başçıları - hansılar ki, dəyişikliyə gediblər - verilən təlimatı birləşdirərək əməl edirlər. Yəni icra başçısı müavinlərindən birinin gənc, digərinin isə qadın olması (gender bərabərliyi siyasətinin təzahürü kimi qəbul olunur -red.) təlimatı bir çox icra başçıları tərəfindən bir addımla həyata keçirilib. Yalnız bir müavin təyinatı olur və bu təyinatla yaşca gənc olan bir xanıma müavin postu həvalə edilir. Bununla da həm «yuxarılar»ın tapşırığına əməl olunması görüntüsü yaradılır, həm də özlərinə yaxın xanımlar yanlarında vəzifəyə gətirirlər. Başqa sözlə desək, icra başçılarımız bir güllə ilə iki dovşan vurmuş olurlar. Yenə də şəxsi maraqlarını həyata keçirilər.
Ancaq bunun hakimiyyətin marağına cavab vermədiyini, hətta mənfi nətiçələr doğura biləçəyini söyləmək olar.
Məsələ ondadır ki, bir çox icra başçısı gənc xanımları əsasən ictimai-siyasi və humanitar məsələlər üzrə müavin təyin edib. Yəni, onlar bu gün hakimiyyəti ən çox ehtiyac duyduğu bir istiqamətdə- ideoloji sahədə fəaliyyət göstərməlidirlər. Ançaq əksəriyyəti hələ ali məktəbi yeni bitirmiş, özlərinin ideloji baxımdan hazırlanmasına ehtiyac olan bu gənc xanımların üzərlərinə düşən vəzifəni hakimiyyətin istədiyi şəkildə yerinə yetirəçəyi şübhə doğurur. Hələ onu demirik ki, onları bəziləri ümumiyyətlə ideloji fəaliyyətin nə olduğundan xəbərsizdirlər. Bəziləri isə icra başçıları ilə “isti münasibətlərinə” gərə irəli çəkildiyindən, ideloji sahədə aparacaqları iş əks effekt verə bilər.
Təsadüfü deyil ki, qadın kadrların vəzifədə irəli çəkilməsində hər zaman onun siyasi baxımdan səbatlı, əqidəli və işgüzar olması ilə yanaşı, həm də əxlaqı ilə tanınmasına, təmiz imicli olmasına da xüsusi diqqət yetrilməsi vacıb amil sayılır.
Xüsusən sovet dövrü bu məsələyə xüsusi diqqət yetrilirdi. Hər bir gənç kadr əvvəlçə komsomolda fəaliyyətə başlayır, pill-pillə irəliləyirdi. Bununla həm içlaslarda, toplantılarda iştirak etməklə ideoloji işi öyrənir, həm də onun fəaliyyəti izlənilirdi. Vəzifədə irəli çəkilməsinə dair qərar da göstərdiyi fəaliyyətə, ideoloji və peşəkar biliklərinə, həyat tərzinə görə verilirdi. Elə buna görə də sovet dövrü vəzifədə irəliləyən qadın kadrlarımız öz işlərini kişilərdən dəfələrlə yaxşı həyata keçirirdilər. Bina misal olarq mərhum təhsil naziri Lidiya Rəsulovanın, uzun müddət MSK-da katıb olan Svetlana Qasımovanın və başqalarının fəaliyyətini göstərə bilərik. Onların uğurlu fəaliyyətinin səbəbi məhz vəzifədə irəli çəkilənə qədər böyük məktəb keçmələri idi. Ançaq hazırda buna ümumiyyətlə diqqət yetirilmir. Son təyinatlar da bunun bariz nümunəsidir.
Əlbəttə, hazırda komsomol, partiya xətti yoxdur. Ançaq vəzifəyə təyinatda əvvvlər nəzərə alınan kriteriyaların gözlənilməsi vaçibdir. Bu gün də hələ o dövrdə yetişən elə qadın kadrlarımız var ki, onların xidmətindən, bilik, təcrübə və bacrıqlarından istifadə etmək, həm ölkəmizə, həm də hakimiyyətin özünə böyük divident gətirər.
Əhali içərisibdə, yaşadığı və işlədiyi insanlar arasında özünə hörmət qazanmağı baçaran belə xanım kadrları bir kənara qoyaraq, şəxsi münasibətlər zəminində heç bir idarəetmə məktəbi keçməmiş gənç qızların irəli çəkilməsi başadüşülən deyil.
Hələ məktəbdə və ya kitbxanada yeniçə faliyyətə başlayan, 5 nəfəri belə idarə etməmiş birinin hansısa səbəb olursa-olsun icra hakimiyyətlərində ideoloji sahəyə rəhbər gətirilməsi yəqin ki, qısa müddətdən sonra öz mənfi nətiçələrini verəçək.

Rasim Əliyev
AzPolitika.info

Şərhlər