Bir sıra İŞİD silahlısının və ailə üzvlərinin Dəməşqin cənubundakı rayonlardan çıxarılacağı gözlənilir.
Proses BMT-nin nəzarəti altında həyata keçirilir.
Londonda fəaliyyət göstərən İnsan Haqları Mərkəzi onların təhlükəsiz çıxmasına şərait yaradıldılacağını bildirir.
Onların İŞİD-in nəzarətində olan Raqqa və digər ərazilərə çəkiləcəkləri gözlənilir.
İnsan Haqları Mərkəzi artıq həmin əraziyə avtobuslar göndərildiyini bildirir.
Hazırda Suriya və İraqın bir çox əraziləri İŞİD-in nəzarətindədir.


Şərhlər