Menu

Bakı Apellyasiya Məhkəməsində Sülhəddin Əkbərin şikayətinə baxılıb

25.12.2015, 00:39

SulheddinBu gün Bakı Apellyasiya Məhkəməsində Azad Demokratlar Partiyasının (AzDP) təsis qurultayının nəticələrinin dövlət reyestrinə daxil edilməsi ilə bağlı şikayətinə baxılıb.

"Report"un xəbərinə görə, hakim Cahangir Yusifovun sədrliyi ilə keçirilən iclasda partiyanın müraciəti təmin edilməyib, Ədliyyə Nazirliyinin AzDP ilə bağlı verdiyi qərar qüvvədə saxlanılıb.

Partiyadan "Report"a bildirilib ki, Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət ediləcək.

Qeyd edək ki, AzDP-nin sədri Sülhəddin Əkbərdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol