Azərbaycan Mərkəzi Bankı dekabrın 25-ə olan tarixə xarici valyutaların manata nəzərən məzənnəsini açıqlayıb. Əvvəlki günlə müqayisədə ABŞ dolları və avro bahalaşıb, rus rublu ucuzlaşıb. Belə ki, 1 ABŞ dollarının məzənnəsi dünənki 1,5528 manatdan bu gün 1,5540 manata qalxıb. 1 avro dünənki 1,6974 manatdan, bu gün 1,7043 manata qalxıb. Rus rublu isə dünənki 2,23 qəpikdən bu gün 2,21 qəpiyə düşüb. Qeyd edək ki, Azərbaycanda üzən məzənnəyə keçiddən indiyədək dolların məzənnəsi hər gün artıb, avro isə bu gün ilk dəfə olaraq psixoloji hədd sayıla bilən 1,7 manatı keçib.


Şərhlər