Menu

Xəzərdə güclü zəlzələ ocaqlarının neft-qaz strukturlarına yaxın olduğu üzə çıxıb

25.12.2015, 12:23
Xəzərdə güclü zəlzələ ocaqlarının neft-qaz strukturlarına yaxın olduğu üzə çıxıb

Güclü seysmik hadisəni qabaqlayan və müşayiət edən qanunauyğunluqlar aşkarlanıb

APA-nın məlumatına görə, Geologiya və Geofizika İnstitutunun 2015-ci illə bağlı hesabatında qeyd edilib ki, Elm Fondunun dəstəyi ilə yerinə yetirilmiş “Azərbaycanın neft-qaz rayonlarının və neft kəmərlərinin potensial seysmik təhlükəsi: müasir təhlil və tədbirlər” layihəsi çərçivəsində Xəzər dənizində yerləşən neft-qaz yataqlarına təsir edən zəlzələlərin zaman ardıcıllığı dinamikasının qiymətləndirilməsi məqsədilə klaster analizi və çoxölçülü qruplaşma riyazi-statistik metodunun əsasları işlənilib.

Həmin metod Abşeron-Balaxanıyanı zonasına tətbiq edilib, nəticədə zəlzələlərin məkan paylanmasının iri neft-qaz strukturlarına yaxın olduğu müəyyən edilib və güclü seysmik hadisəni qabaqlayan və (və ya) müşayiət edən qanunauyğunluqlar aşkar olunub. Müxtəlif seysmo-geodinamik, litoloji xüsusiyyətlərin, seçilmiş güclü zəlzələlərin makroseysmik parametrlərinin əsaslı təhlilinin nəticələrini özündə ehtiva edən deterministik metodun tətbiqi əsasında alqoritm qurulub və Balaxanı neft-qaz yatağının ərazisində qruntun maksimal təcil və intensivlik vahidlərində seysmik təhlükə modelləri hazırlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol