Menu

78 yaşlı kişi intihar etdi

25.12.2015, 17:18
78 yaşlı kişi intihar etdi

Bu gün Xaçmaz rayonunda intihar hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Padar kəndində qeydə alınıb.

Kənd sakini 1938-ci il təvəllüdlü Qurbanov Məhərrəm Ömər oğlu özünü yaşadığı evdə asıb. İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol