Keçmiş MTN-çi, politoloq Ərəstun Oruclu ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyevin həbsinə münasibət bildirib.
E. Quliyev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanmış cinayət işi üzrə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqirləndirilən şəxs qismində cəlb edilməklə, bu gün barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Ərəstun Oruclu Elçin Quliyevin həbsinə həsr etdiyi Feysbuk statusunda yazır: "Ömrünü Bakı İstintaq Təcridxanasında başa vuran polkovnik İlqar Əliyevin rəisi, general-mayor Elçin Quliyev, nəhayət, həbs edildi. Profilimi izləyən dostlar xatırlayarlar, bu şəxsin həbs olunmasının zəruriliyini facebookda və mediada dəfələrlə qeyd eləmişdim.
İndi qaldı cinayətkar mafiyanın digər həlledici fiqurları - Hilal Əsədov və Eldar Mahmudov, sonra da onlarla işbirliyində olan digərləri".

Şərhlər